Bakı. 17 mart.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, bu məsələ ilə bağlı narazılığını ifadə edib: “Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerlərdəki səlahiyyətli nümayəndələri onlardır. İcra hakimiyyətlərindən səlahiyyətlərin alınması doğru deyil. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur”.