YAP icra katibinin müavini: “Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub”

YAP icra katibinin müavini: “Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub” “Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalıyıq”
Daxili siyasət
14 fevral 2017 08:38
YAP icra katibinin müavini: “Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub”

Bakı. 14 fevral. REPORT.AZ/ “Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub. O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib. İndi də Ermənistandan sığınacaq alıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, hazırda kimlərin satqın olduğu aydın görünür: “Baxın görün, satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün Ermənistan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalıyıq, qətiyyətli olmalıyıq. Biz bunlara son qoymalıyıq”.

Son xəbərlər

Orphus sistemi