YAP İdarə Heyətinin iclası keçirilib, deputatlığa namizədlərin siyahısı təsdiqlənib

YAP İdarə Heyətinin iclası keçirilib, deputatlığa namizədlərin siyahısı təsdiqlənib Bahar Muradova: "İclas yaxşı keçdi, bir qədər sonra YAP-ın deputatlığa namizədlərinin siyahısı açıqlanacaq"
Daxili siyasət
15 Sentyabr , 2015 15:54
YAP İdarə Heyətinin iclası keçirilib, deputatlığa namizədlərin siyahısı təsdiqlənib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. 

"Report" xəbər verir ki, toplantıda hakim partiyanı bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində təmsil edəcək deputatlığa namizədlərin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.

"Report"un YAP-ın qərargahı qarşısında olan əməkdaşı xəbər verir ki, artıq İdarə Heyətinin bir neçə üzvü YAP-ın binasını tərk edib. Onlar deyiblər ki, iclas yekunlaşıb. 

YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keçdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".  

Son xəbərlər

Orphus sistemi