YAP Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konfrans keçirib

YAP Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konfrans keçirib Bakı. 7 may. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
Daxili siyasət
7 May , 2018 13:29
YAP Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konfrans keçirib
Report/ Firi Salim

Bakı. 7 may. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə YAP rəsmiləri, deputatlar, nazirlər, komitə sədrləri və digər rəsmilər iştirak ediblər.

Konfransda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən hakim partiyanın sədr müavini- icra katibi Əli Əhmədov xatırladıb ki, bir neçə gündən sonra Ulu öndərin 95 illiyi qeyd olunacaq.

Onun sözlərinə görə, hər il YAP tərəfindən keçirilən toplantı bu dəfə forma etibarı ilə fərqlidir: "Ulu öndərin Azərbaycan tarixində müstəsna rolu haqqında danışmaq bəlkə də artıq olardı. Ulu öndərin Azərbaycan qarşısında xidmətləri çox böyükdür. Bunun nəticəsidir ki, insanlarımız tərəfindən onun xatirəsi hər an xatırlanır".

YAP-ın sədr müavini qeyd edib ki, bütün nəsillər öz fəaliyyətləri ilə ümummilli liderə olan hörmətini ortaya qoymuş olurlar: "Bugünkü tədbirdə rəssam Sakit Məmmədov tərəfindən Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan" Heydər Əliyev" portretinin təqdim olunması Ulu öndərin etiramına olan böyük hörmətdir".

Tədbirin davamında əməkdar rəssam Sakit Məmmədovun Heydər Əliyevlə bağlı portretinin açılışı olub.

Daha sonra çıxış edən memar və rəssam Rasim Əliyev Heydər Əliyevin dahi və tarixi şəxsiyyət olduğunu diqqətə çatdırıb.

Rəssam Sakit Məmmədov isə Heydər Əliyevin portretini yaratdığı üçün fəxr hissi keçirdiyini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi