Gəncə. 29 noyabr. REPORT.AZ/ Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti ilə konfrans keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İcra Katibinin müavini, millət vəkili
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı
Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib, ən xoş arzularını bildirib. İcra başçısı qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir. İyirmi altı illik şərəfli tarixə malik YAP Prezident cənab
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini,
Millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yola nəzər salıblar. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açan natiqlər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək Prezident cənab İlham Əliyevin sədri olduğu YAP-ın bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğunu diqqətə çatdırıb. Naqif Həmzəyev həmçinin bildirib ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib.Sevindirici haldır ki, təşkilatının üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir. Bütün bunlar YAP Gəncə şəhər təşkilatının üzvlərinin Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyinin, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə əzmkarlıqla fəaliyyət göstərdiklərinin göstəriciləridir.
Tədbirin sonunda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq göstərən veteran partiya üzvləri təltif edilib, YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Gəncə şəhər təşkilatının42 mininci üzvlük vəsiqəsini ADAU-nun tələbəsi Gülşən Nəbiyevaya təqdim edərək milyonlarla insanın inam və etimad ünvanına çevrilən partiyanın sıralarında uğurla addımlamağı arzulayıb.