YAP GB-nin sədri: "Gənclərimizin əldə etdikləri uğur və nailiyyətlərindən danışmaq üçün kifayət qədər bazamız var"

YAP GB-nin sədri: "Gənclərimizin əldə etdikləri uğur və nailiyyətlərindən danışmaq üçün kifayət qədər bazamız var" Seymur Orucov: "2017-ci ildə "Gənclər Günü"nün 20 illik yubileyi qeyd olunacaq"
Daxili siyasət
2 Fevral , 2016 12:42
YAP GB-nin sədri: Gənclərimizin əldə etdikləri uğur və nailiyyətlərindən danışmaq üçün kifayət qədər bazamız var

Bakı. 2 fevral. REPORT.AZ/ "Azərbaycanda hər il təntənə ilə qeyd olunan 2 Fevral - "Gənclər Günü" ulu öndər Heydər Əliyevin ölkə gənclərinə hədiyyəsidir”.

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Seymur Orucov parlamentdə "İdarəetmədə islahatlar və gənclik": Gənclər Milli Məclisdə mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 2017-ci ildə "Gənclər Günü"nün 20 illik yubileyi qeyd olunacaq: "O zamana qədər bu bayramı daha böyük uğurlarla qeyd etməyə çalışacağıq. Bu günə qədər gənclərimizin əldə etdikləri uğur və nailiyyətlərindən danışmaq üçün kifayət qədər bazamız var. Azərbaycan gənclərinin belə yüksək səviyyəyə çatması təsadüfü deyil. Ökədə aparılan məqsədyönlü gənclər siyasəti Azərbaycan gənclərinin inkişafına şərait yaradıb. Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev qoyub. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir".

Son xəbərlər

Orphus sistemi