YAP-da Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

YAP-da Zəfər Gününə həsr olunmuş konfrans keçirilib Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda qələbənin ikinci ildönümü - Zəfər Gü
Daxili siyasət
3 noyabr 2022 08:10
YAP-da Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.

“Report”un xəbərinə görə, toplantıda YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, kənd təsərrüfatı naziri İnam Kərimov, energetika naziri Pərviz Şahbazov, Baş nazirin müavini Əli Əhmədov və digər şəxslər iştirak ediblər.

Tədbiri YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açaraq deyib ki, Prezident İlham Əliyevin Zəfərə hədəflənən siyasət nəticəsində Azərbaycan möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib, ikili standartlar yanaşmasını iflasa uğradıb və yeni geosiyasi reallıqlar yaradıb. Onun sözlərinə görə, Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, postkonflikt quruculuq modeli yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Mərkəz Ermənistanın ərazi yüksəklik modelini qurub və təqdim ediləcək: “Biz Zəngəzur dəhlizi üçün 45 km yol təklif edirik. Ermənistan nə təklif edir? Təklif etdikləri həmin yollar Göyçə gölünün ətrafından keçməlidir. 45 km əvəzinə 500 km-ə qədər yol yük daşınması üçün nə dərəcədə səmərəli ola bilər? Avropa və Çin bu yollarla yük daşınmasında nə dərəcədə maraqlı olar? Həm də Ermənistanın ərazi yüksəklik modelini hazırlamışıq, İrəvanın təklif etdiyi və dağlardan keçən həmin yollar faktiki qış aylarında keçilməz olacaq”.

Kənd təsərrüfatı naziri İnam Kərimov azad olunmuş ərazilərdə kənd təsərrüfatının potensialından danışıb: “İşğaldan əvvəl Azərbaycanda taxıl istehsalının 14 faizi, tütünün 8 faizi, ət və südün 15 faizi bu ərazilərdə istehsal olunub".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, il sonunda Şuşada “DOST” mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir: “Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək”.

Energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, hazırda Cəbrayılda BP şirkəti ilə birgə 240 KVT gücündə Şəfəq Günəş Elektrik Stansiyasının qurulması ilə bağlı iş aparılır: “Azad edilmiş ərazilərdə xarici sərmayələrlə işlərin aparılması artıq bir reallıqdır. Azad edilmiş ərazilərdə 50-dən artıq kiçik su elektrik stansiyalarının, Kəlbəcər və Laçında külək elektrik stansiyalarının qurulması nəzərdə tutulur. Zəngəzur dəhlizi Avropaya elektrik enerjisinin nəqlində də mühüm rol oynayacaq”.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Zəfərdən sonra yeni media siyasətindən danışıb: “Prezident qlobal və regional proseslərdən baş çıxaran Azərbaycan vətəndaşı görmək istəyir”.

Baş nazirin müavini Əli Əhmədov Qarabağda vətəndaşlar üçün ən layiqli həyat şəraitinin qurulacağını vurğulayıb.

Tədbir çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi