YAP-da İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı sərgi açılıb - FOTO

YAP-da İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı sərgi açılıb - FOTO Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib.
Daxili siyasət
27 Noyabr , 2019 11:40
YAP-da İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı sərgi açılıb - FOTO
Report / Elchin Murad

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib.

"Report" xəbər verir ki, "Nəsimi gənc rəssamların gözü ilə" adlı sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin İmaddədin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Sərgidə YAP İcra katibinin müavini Siyavuş Novruzov, YAP-ın rayon təşkilatlarının sədrləri, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov İmaməddin Nəsiminin yaradıcılığından söz açıb. O, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğısından danışıb. S.Novruzov AXC-Müsavat cütlüyünün Azərbaycan mədəniyyətinə ögey münasibət bəslədiyini vurğulayıb:

“AXC-Müsavat cütlüyü Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası kimi qurumları bağlamaq istəyirdilər”.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxış edib. O, İmadəddin Nəsiminin yaradıcılığından və sərginin əhəmiyyətindən danışıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlanıldığını nəzərə çatdırıb:

“Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdən başlayaraq Nəsimi yaradıcılığına diqqət artdı. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə adları verildi. YUNESKO səviyyəsində Nəsiminin 650 illiyi qeyd edilib. Bu il isə Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Nəsimi ili” elan edilib”.

V. Əliyev Nəsiminin böyük şair, mütəfəkkir, öz əqidəsinə sadiq dahi şəxsiyyət kimi xarakterizə edib.

Sərgidə millət vəkilləri, YAP-ın Bakı şəhər-rayon təşkilatlarının sədrləri Milli Məclisin deputatları, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonda sərgidə nümayiş olunan rəsm əsərlərinin müəllifləri diplomla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi