YAP-da elektron kitabxana yaradılıb

YAP-da elektron kitabxana yaradılıb Bakı. 21 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında elektron kitabxana (www.ebook.yap.az) yaradılıb.
Daxili siyasət
21 Fevral , 2019 12:04
YAP-da elektron kitabxana yaradılıb
Report

Bakı. 21 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında elektron kitabxana (www.ebook.yap.az) yaradılıb.

Partiyadan “Report”a verilən məlumata görə, elektron kitabxanada müxtəlif sahələr üzrə çoxsaylı nəşrlər yerləşdirilib.

Belə ki, kitabxanada müxtəlif kateqoriyalar üzrə kitablar elektron qaydada təqdim olunur. Bu kateqoriyalara Yeni Azərbaycan Partiyasının nəşrləri, eləcə də, “Fəlsəfə və sosiologiya”, “Tarix”, “İqtisadiyyat”, “Siyasət və hüquq”, “Elm və təhsil”, “Mədəniyyət və turizm”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq”, “Bədii ədəbiyyat”, “İnformatika və rabitə”, “Din”, “Təbiət elmləri”, “Kənd və meşə təsərrüfatı”, “Tibb və səhiyyə”, “Hərbi iş”, “İdman”, “Ekologiya və neft” və “Müxtəlif kitablar” daxildir.

E-kitabxanada Yeni Azərbaycan Partiyasının nəşrlərindən “Heydər Əliyev”, “İlham Əliyev”, “Yeni Azərbaycan Partiyası”, “Azərbaycan müasir dünyada”, “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” və digər kitablar elektron qaydada təqdim olunur.

“Siyasət və hüquq” kateqoriyasında isə “İlham Əliyev: İnkişaf məqsədimizdir” çoxcildliyi və digər ədəbiyyatlardan geniş oxucu kütləsi istifadə edə bilər.

Kitabxanada sadalananlarla yanaşı müxtəlif sahələr üzrə ədəbiyyat elektron qaydada təqdim edilir. 

Son xəbərlər

Orphus sistemi