YAP-da “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib

YAP-da “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib.
Daxili siyasət
27 Sentyabr , 2019 11:39
YAP-da “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların və QHT-lərin qadın üzvləri iştirak ediblər.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında Azərbaycan qadınının hüquqlarının qorunması ilə bağlı qəbul edilən qanunvericilik bazasının günü-gündən təkmilləşdiyini diqqətə çatdırıb.

O qeyd edib ki, sosial şəbəkələrdə qadına qarşı zorakılıq halları ilə bağlı yayılan məlumatlar narahatlıq doğurub: "Məlumdur ki, həmin şəxs müxalif fikirlidir. Müxalifət bizim rəqibdir. Halbuki YAP hər zaman başqa partiyalara konstruktiv əməkdaşlıq etməklə bağlı çağırışlar edib. Lakin qadın məsələsi qlobal problem olduğuna görə buna biganə qala bilmərik. Ona görə də həmin məsələyə siyasi partiyanın daxili işi kimi baxmırıq. Qadına və qızlara qarşı aqressiya, şiddətin törədilməsi bütün qadınları narahat edir. Qadınların hüquqlarının müdafiəsi üçün həmrəy olmalıyıq. Qadınlar arasında həmrəylik zəif olduğuna görə bərabər hüquqlar qorunmur. Hakimiyyətə gəlmək iddiası olan şəxsin belə hərəkəti qəbuledilməzdir".

Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı isə vurğulayıb ki, bu kimi məsələlərdə ictimai qınaq olmalıdır: "Siyasi hakimiyyətə iddiası olan şəxslərin ailəsində belə halların baş verməsi cəmiyyət üçün təhlükəlidir. Adi sıradan biri olsaydı bəlkə də bu qədər səs doğurmayacaqdı. Ailədə ilk başdan düzgün tərbiyə üsulu olmayıb ki, sonda da belə hadisələrin olmasına gətirib çıxarıb. Ağıza alınmayacaq səviyyədə təhqirləri ancaq zəif insanlar edir. Tədbirdən sonra da bizi təhqir edəcəklər. Çünki əllərindən başqa nəsə gəlmir. Heç kimin söyüş və təhqirlərindən qorxmadan sözümüzü deməyi bacarmalıyıq.

Azərbaycan heç vaxt qadın zorakılığına göz yummayıb və bundan sonra da belə olacaq".

Daha sonra konfransda qadınların cəmiyyətdəki rolu barədə fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi