YAP-çı deputatların iştirakı ilə iclas keçirilib - YENİLƏNİB

YAP-çı deputatların iştirakı ilə iclas keçirilib - YENİLƏNİB Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilib.
Daxili siyasət
28 Noyabr , 2019 14:53
YAP-çı deputatların iştirakı ilə iclas keçirilib - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilib.

"Report"un xəbərinə görə, həmin iclasda və YAP Siyasi Şurası iclasında müzakirə olunan məsələlərlə bağlı yaxın dəqiqələrdə başlayacaq mətbuat konfransında məlumat veriləcək.


*** 14:33

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

"Report"un xəbərinə görə, iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi