Yuxarı

​YAP bir sıra rayon təşkilatlarında referendumla əlaqədar ilkin təşəbbüs qrupları yaradıb

Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələr seçilib

Bakı. 30 iyul. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) bir sıra rayon təşkilatlarında sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ilkin təşəbbüs qrupları yaradılıb.

Partiyadan “Report”a verilən məlumata görə, YAP Masallı rayon təşkilatında keçirilən toplantıda qeyd olunub ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. YAP Masallı rayon təşkilatının yığıncağında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” təşəbbüs qrupuna nümayəndələr seçilib.

YAP Şamaxı rayon təşkilatında da referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədilə yığıncaq keçirilib. Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının İdarə Heyəti üzvləri M.Kamilova, M.Alcanov və başqaları irəli sürülən təkliflərlə bağlı fikirlərini bölüşüblər. Sonda referendum üzrə 52 nəfər tərkibdə ilkin təşəbbüs qrupu yaradılıb və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə seçilib.

Hakim partiyanın Beyləqan rayon təşkilatının qərargahında keçirilən yığıncaqda isə 54 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfər “Yeni Azərbaycan” təşəbbüs qrupuna üzv seçilib.

YAP Abşeron rayon təşkilatı da iclas keçirərək 53 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfər “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndə seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi