YAP Bakıda ağacəkmə aksiyası keçirib

YAP Bakıda ağacəkmə aksiyası keçirib Hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Daxili siyasət
11 May , 2019 11:39
YAP Bakıda ağacəkmə aksiyası keçirib
Report/Firi Salim

Hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, Suraxanı rayonu Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilən aksiyada Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli ƏhmədovEkologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, deputatlar, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın iştirakçıları ağac əkiblər.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: "Digər tərəfdən Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtı ilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə öz dəstəyimizi göstəririk".

Qeyd olunub ki, aksiyada 1000-ə yaxın ağac əkilib. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi