​YAP "Aztelekom"un baş direktorunun həbsinə münasibət bildirib

​YAP "Aztelekom"un baş direktorunun həbsinə münasibət bildirib Hüseyn Paşayev: "Kiminsə siyasi partiyada təmsil olunması onun hər hansı qanundankənar fəaliyyətini sığortalamır"
Daxili siyasət
17 Noyabr , 2015 15:05
​YAP Aztelekomun baş direktorunun həbsinə münasibət bildirib

Bakı. 17 noyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədovun həbsinə münasibət bildirib

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev "Report"a açıqlamasında deyib ki, kiminsə siyasi partiyada təmsil olunması onun hər hansı qanundankənar fəaliyyətini sığortalamır.

H.Paşayev qeyd edib ki, Məhəmməd Məmmədovun fəaliyyətində şübhələr aşkar edilib: "Ona görə də onu hüquq-mühafizə orqanları saxlayıb. Hazırda istintaq aparılır. İstintaqın nəticəsinə uyğun olaraq qərarlar qəbul olunacaq. İstintaqın yekunundan asılı olaraq onun YAP sıralarında qalıb-qalmaması ilə bağlı qərar qəbul ediləcək".

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə səhlənkarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi