Yuxarı
    Bağlamaq

    YAP Ağdam rayon təşkilatına yeni sədr seçilməsi barədə məlumatlara münasibət bildirib

    “Yeni sədr seçilməyib”

    Bakı. 16 avqust. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatına yeni sədr seçilməyib.

    “Report”un xəbərinə görə, bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilir.

    Məlumatda qeyd olunub ki, YAP-ın Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev avqustun 12-də qəfil dünyasını dəyişdikdən sonra bəzi mətbuat orqanlarında güya onun yerinə kiminsə “təyin edilməsi” haqqında həqiqəti əks etdirməyən və görünür hansısa məqsədlərə xidmət göstərən məlumatlar yayılmağa başlayıb: “Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə görə, partiyanın rayon təşkilatının sədri tutduğu vəzifəni bu və ya digər səbəbdən icra edə bilmədikdə, onun səlahiyyətlərini növbədənkənar konfransda sədr seçilənə qədər sədrin müavini icra edir.

    Ağdam rayon təşkilatında yeni sədrin seçilməsi ilə əlaqədar konfrans keçirilməyib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi