XXXI Yay Olimpiya Oyunlarında medal qazanacaq idmançılara veriləcək pul mükafatlarının məbləği açıqlanıb

XXXI Yay Olimpiya Oyunlarında medal qazanacaq idmançılara veriləcək pul mükafatlarının məbləği açıqlanıb Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Daxili siyasət
18 İyul , 2016 18:09
XXXI Yay Olimpiya Oyunlarında medal qazanacaq idmançılara veriləcək pul mükafatlarının məbləği açıqlanıb

Bakı. 18 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilibˆ

birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi