"Sədərək" və "Binə" ticarət mərkəzləri fəaliyyətlərini dayandırır

"Sədərək" və "Binə" ticarət mərkəzləri fəaliyyətlərini dayandırır Səhiyyə işçilərinin güclü fəaliyyətinə baxmayaraq ölkə daxilində virusa yoluxma faktları var.
Daxili siyasət
23 Mart , 2020 21:32
Sədərək və Binə ticarət mərkəzləri fəaliyyətlərini dayandırır
0 : 00
0 : 00

"Səhiyyə işçilərinin güclü fəaliyyətinə baxmayaraq ölkə daxilində virusa yoluxma faktları var".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, dünyadakı vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi tətbiqi qərarı qəbul olunub.

İ.Məmmədov əlavə edib ki, xüsusi yaş qruplarında olan şəxslər üçün tədbirlər planı hazırlanır: "Qısa müddətdə planda əksini tapan məsələlər açıqlanacaq".

Martın 24-dən etibarən "Sədərək" və "Binə" ticarət mərkəzləri də fəaliyyətlərini dayandıracaq.

Son xəbərlər

Orphus sistemi