Xüsusi təhsilə cəlb olunan uşaqlar üçün müavinətin həcmi artırıldı

Xüsusi təhsilə cəlb olunan uşaqlar üçün müavinətin həcmi artırıldı Nazirlər Kabineti qərarda dəyişiklik edib.
Daxili siyasət
29 Yanvar , 2021 12:22
Xüsusi təhsilə cəlb olunan uşaqlar üçün müavinətin həcmi artırıldı

Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcmi artırılıb.

Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat (əvvəl 22 manat) həcmində müavinət müəyyən olunub.

Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat (əvvəl 22 manat) müavinət müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi