Xüsusi nümayəndə: “Ata-baba yurdlarını görmək istəyənlər üçün səfərlər qrafik üzrə təşkil olunur"

Xüsusi nümayəndə: “Ata-baba yurdlarını görmək istəyənlər üçün səfərlər qrafik üzrə təşkil olunur" Öz ata-baba yurdlarını görmək istəyən vətəndaşlar üçün təhlükəsizlik qaydalarına riayət etməklə mütəmadi səfərlər qrafik üzrə təşkil olunur.
Daxili siyasət
30 dekabr 2023 12:18
Xüsusi nümayəndə: “Ata-baba yurdlarını görmək istəyənlər üçün səfərlər qrafik üzrə təşkil olunur
Vahid Hacıyev

Öz ata-baba yurdlarını görmək istəyən vətəndaşlar üçün təhlükəsizlik qaydalarına riayət etməklə mütəmadi səfərlər qrafik üzrə təşkil olunur.

Bu sözləri “Report”a müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

“Bunun üçün sakinlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edirlər və hər ay onlarla müvafiq qaydada görüş keçirilir. Həmçinin vətəndaşların Cəbrayıl, Qubadlı və Zəngilan icra hakimiyyətlərinə edilən müraciətləri əsasında da ziyarətlər təşkil olunur”, - deyə dövlət rəsmisi vurğulayıb.

Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi