Bakı. 14 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.
Qeyd edək ki, bu gün tanınmış Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur.