Xorvatiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Xorvatiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 19 aprel. REPORT.AZ/ Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
19 Aprel , 2018 20:18
Xorvatiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 19 aprel. REPORT.AZ/ Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Xorvatiya Respublikası ölkələrimiz arasında xalqlarımızın getdikcə daha çox müxtəlif sahələrdəki ortaq maraqlarına xidmət edən tərəfdaşlığı və dost münasibətlərini yüksək qiymətləndirir. İnanıram ki, prezidentliyinizin yeni dönəmində də ölkələrimiz üçün xüsusilə böyük əməkdaşlıq potensialına malik olan və hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi və enerji sahələrində sıx münasibətlərimiz davam edəcək. Əminəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə sərmayə qoyuluşuna maraq oyatmaq xüsusilə çox əhəmiyyətlidir.

Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm və inanıram ki, bu görüşümüz həm ölkələrimiz, həm də vətəndaşlarımız arasında mövcud olan dostluq və konstruktiv əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinə təkan verəcək.

Cənab Prezident, Sizə ən səmimi salamlarımı və ən yüksək ehramımı çatdırıram". 

Son xəbərlər

Orphus sistemi