Xocalı soyqırımı Türkiyənin bir sıra bölgələrində anılacaq

Xocalı soyqırımı Türkiyənin bir sıra bölgələrində anılacaq Millət vəkillərimiz bununla bağlı Türkiyədə səfərdə olacaqlar
Daxili siyasət
21 Fevral , 2015 16:01
Xocalı soyqırımı Türkiyənin bir sıra bölgələrində anılacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Milli Məclisin deputatları Elman Məmmədov və Qənirə Paşayeva Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 23-dən 28-dək Ankarada səfərdə olacaqlar. 

MM-in mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, millət vəkilləri Ankaranın Kızılcahamam rayonu ərazisində yerləşən Xocalı Abidə və Muzey Kompleksində, həmçinin Keçiörən rayonu ərazisində yerləşən Azərbaycan Meydanındakı Xocalı Abidəsi önündə keçiriləcək anım mərasimlərində iştirak edəcək, bir sıra görüşlərə qatılacaqlar.

Bundan başqa, deputat Musa Qasımlı Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün fevralın 23-dən 28-dək Türkiyənin Kayseri, Malatya və Kahramanmaraş şəhərlərində səfərdə olacaq. Millət vəkili ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra faktları diqqətə çatdıracaq.

Son xəbərlər

Orphus sistemi