Bakı. 5 noyabr. REPORT.AZ/ Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması, baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması üçün
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, yeni polis sahə məntəqələri əməkdaşların xidməti şəraitini yaxşılaşdırmaqla yanaşı, polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.
Belə ki, məntəqələr yaradılanadək sakinlər müraciətləri, şikayətləri olanda rayona getmək məcburiyyətində qalırdılar. Lakin indi ərizə və müraciətlərə sahə məntəqələrində baxılacaq.