Xidmət rəisi: "Azərbaycanda qanunsuz miqrasiya ilə məşğul olan üç mütəşəkkil dəstə aşkarlanıb"

Xidmət rəisi: "Azərbaycanda qanunsuz miqrasiya ilə məşğul olan üç mütəşəkkil dəstə aşkarlanıb" Qanunsuz miqrasiyanın sayı kəskin şəkildə azalıb
Daxili siyasət
4 May , 2016 14:24
Xidmət rəisi: Azərbaycanda qanunsuz miqrasiya ilə məşğul olan üç mütəşəkkil dəstə aşkarlanıb

Bakı. 4 may. REPORT.AZ/ "Son zamanlar qanunsuz miqrasiyaya qarşı çox ciddi tədbirlər görülür və Azərbaycanda qanunsuz miqrasiyanın sayı kəskin şəkildə azalıb".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son iki ay ərzində qurum tərəfindən üç mütəşəkkil dəstə aşkar edilib: "Həmin şəxslər Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycana viza ilə dəvət edirdilər və buradan İran və digər ölkələrə göndərmək istəyirdilər. 75 nəfərə qədər bu cür şəxləri aşkar etmişik. Onların əsas təşkilatları da artıq aşkarlanıb, onlar ölkədən kənara çıxarılıb. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 4 ay ərzində Azəraycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil etməyə cəhd göstərən 3 mütəşəkkil dəstə tutulub".

Xidmət rəisi əlavə edib ki, 2012-cü ildə 633 şirkətdə qanun pozuntusu ilə bağlı məlumat daxil olmuşdusa, 2015-ci ildə bu rəqəm 153-ə düşüb. 

Son xəbərlər

Orphus sistemi