Yuxarı

Xəzərin Azərbaycana aid hissəsinin sahilboyu torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr artırılır

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ Xəzər dənizinin (gölünün) Azərbaycana aid hissəsinin sahilboyu 20-50 metrlik zolağında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələrin miqdarı artırılır. “Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3000 manat miqdarında (hazırda 15-20 AZN-dəkdir), vəzifəli şəxslər 7000 (30-50 AZN-dək), hüquqi şəxslər isə 35 000 (100-150 AZN-dək) manat miqdarında cərimə ediləcək.

Digər dəyişikliyə görə isə eyni əməllər inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədildikdə fiziki şəxslər 5000 (hazırda 25-35 AZN-dək), vəzifəli şəxslər 10 000 (60-80 AZN-dək), hüquqi şəxslər 50 000 manat (150-250 AZN-dək) miqdarında cərimə ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi