Azərbaycanda xarici QHT-lərin nümayəndəlik yaratması ilə bağlı qaydalara dəyişiklik edilib

Azərbaycanda xarici QHT-lərin nümayəndəlik yaratması ilə bağlı qaydalara dəyişiklik edilib Xarici QHT-lər bir nümayəndəlik və ya filial yarada bilərlər
Daxili siyasət
12 Fevral , 2015 09:44
Azərbaycanda xarici QHT-lərin nümayəndəlik yaratması ilə bağlı qaydalara dəyişiklik edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatları (QHT) bir nümayəndəlik və ya filial yarada bilərlər.

Dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.

Son xəbərlər

Orphus sistemi