Xarici ölkələrdəki səfirlik və konsulluqlarımızın ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib

Xarici ölkələrdəki səfirlik və konsulluqlarımızın ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib Ticarət nümayəndələri aparatının işçilərinə də təminatların verilməsi qaydası təsdiqlənib
Daxili siyasət
16 Oktyabr , 2017 23:26
Xarici ölkələrdəki səfirlik və konsulluqlarımızın ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”ni, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nu təsdiq edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Baş nazirin digər qərarına əsasən, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası” da təsdiq olunub. 

Son xəbərlər

Orphus sistemi