Xarici Kəşfiyyat Xidmətinin strukturu təsdiq edilib

Xarici Kəşfiyyat Xidmətinin strukturu təsdiq edilib Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb
Daxili siyasət
13 Yanvar , 2016 19:40
Xarici Kəşfiyyat Xidmətinin strukturu təsdiq edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, sənədlə “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu” təsdiq edilib.

“Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” təsdiq edilib.

“Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi