​Azərbaycanda xarici dövlətin vətəndaşlığını qəbul edən şəxslər üçün ərizə forması təsdiqlənib

​Azərbaycanda xarici dövlətin vətəndaşlığını qəbul edən şəxslər üçün ərizə forması təsdiqlənib Sənədi baş nazir Artur Ras-zadə imzalayıb
Daxili siyasət
5 Fevral , 2015 09:37
​Azərbaycanda xarici dövlətin vətəndaşlığını qəbul edən şəxslər üçün ərizə forması təsdiqlənib

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket”in formasını təsdiq edib.

"Report"un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Ərizə-anket formasında doğum tarixi, yeri, milliyyəti, cinsi, ailə vəziyyəti, Azərbaycan vətəndaşlığını təsdiq edən sənədin seriyası və nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, vətəndaşlığı qəbul edilən xarici dövlətin rəsmi adı, vətəndaşlığın əldə edilməsinə əsas və digər məlumatlar göstərilməlidir.

Son xəbərlər

Orphus sistemi