Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı “Mayın 5-də quru sərhədi vasitəsilə 94 nəfər vətəndaşımızın İrandan Azərbaycana keçidi təmin olunub.
Daxili siyasət
685
13 May , 2020 17:15
Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
0 : 00
0 : 00

“Mayın 5-də quru sərhədi vasitəsilə 94 nəfər vətəndaşımızın İrandan Azərbaycana keçidi təmin olunub".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, İstanbuldan mayın 7-də 212 vətəndaş ölkəyə gətirilib: ”Mayın 8-də Daşkənddən 50 nəfər, mayın 11-də Baltikyanı ərazilərdən 52 nəfər, mayın 12-də Rusiyada təhsil alan azərbaycanlıların ölkəyə gətirilməsi təmin edilib. 124 nəfərin Minskdən gətirilməsi həyata keçirilib. 14 mayda isə Kiyevdən 198 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur. Ölkəyə gətirilən şəxslər karantin müəssisələrinə yerləşdirilir və lazımi yardım göstərilir".

Son xəbərlər

Orphus sistemi