​Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərar ləğv oluna bilər

​Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərar ləğv oluna bilər "Əgər qərar əsassız olacaqsa, ləğv ediləcək"
Daxili siyasət
4 May , 2015 16:30
​Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərar ləğv oluna bilər

Bakı. 4 may. REPORT.AZ/ "Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin qərarı ləğv oluna bilər".

Binəqədi rayon təşkilatının sədri Rauf Ağa "Report"a açıqlamasında deyib ki, təşkilatın Şura iclası keçiriləcək və 8-ci mikrorayon özəyinin Vurğun Əyyubla bağlı təqdimatına baxılacaq: "Məsələyə baxılacaq, əgər qərar əsassız olacaqsa, ləğv ediləcək. Buna təşkilatın səlahiyyəti çatır".

Xatırladaq ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin sonuncu iclasında Vurğun Əyyubun partiyadan xaric olunması barədə qərar qəbul edilib. Qərarın qəbulu zamanı V.Əyyubun üzvlük haqlarını ödəməməsi, iclaslara qatılmaması əsas kimi göstərilib. V.Əyyub "Report"a açıqlamasında deyib ki, bu qərar Müsavat Partiyası rəhbərliyinin istəyi əsasında qəbul olunub.

Son xəbərlər

Orphus sistemi