Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və fəhlələrin maaşı artırılıb - SİYAHI

Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və fəhlələrin maaşı artırılıb - SİYAHI Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.
Daxili siyasət
9 Avqust , 2019 10:48
Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və fəhlələrin maaşı artırılıb - SİYAHI

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilib.

Qeyd edək ki, qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Sıra №-si Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 310
2. 1-ci kateqoriya dövlət orqanlarında 295
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 280
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 260

Son xəbərlər

Orphus sistemi