Xaçmaza yeni icra başçısı təyin edilib

Xaçmaza yeni icra başçısı təyin edilib Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
31 oktyabr 2019 11:45
Xaçmaza yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Elnur Rzayev 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Bu təyinata qədər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi