Vüsal Hüseynov: "ASAN viza"sistemi vasitəsilə əmək vizasının alınması halları hər ay artır"

Vüsal Hüseynov: "ASAN viza"sistemi vasitəsilə əmək vizasının alınması halları hər ay artır" Bakı. 16 noyabr. REPORT.AZ/ ASAN viza sistemi vasitəsilə əmək vizasının alınması halları hər ay artır.
Daxili siyasət
16 Noyabr , 2018 16:00
Vüsal Hüseynov: ASAN vizasistemi vasitəsilə əmək vizasının alınması halları hər ay artır

Bakı. 16 noyabr. REPORT.AZ/ "ASAN viza" sistemi vasitəsilə əmək vizasının alınması halları hər ay artır".

"Report" xəbər verir ki, bunu Caspian European Clubun biznes-forumunda jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O xatırladıb ki, artıq üç aydır “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib. Burada məqsəd Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsidir: "Sahibkarlar məlumatlandıqca bu imkandan daha çox faydalanmağa başlayıblar. "ASAN viza" sistemi vasitəsilə əmək vizasını 3 saat ərzində əldə etmək mümkündür".

Son xəbərlər

Orphus sistemi