​Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi ilə bağlı qərar ləğv edilib - FOTO

​Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi ilə bağlı qərar ləğv edilib - FOTO Onu partiyadan çıxaran özək rəhbəri cəzalandırılıb
Daxili siyasət
19 May , 2015 23:00
​Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi ilə bağlı qərar ləğv edilib - FOTO

Bakı. 19 may. REPORT.AZ/ Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv edilib.

Bu barədə “Report”a Binəqədi rayon təşkilatının sədr müavini Şamil Beydulla məlumat verib.

Ş.Beydulla bildirib ki, bu barədə qərar təşkilatın bu gün keçirilən Şura iclasında qəbul edilib.

"İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb. Müzakirələrin yekununda qərar ləğv olunub. İclasda özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədri Sabit Hacıyevə töhmət elan olunması ilə bağlı da qərarlar verilib", - deyə o bildirib.

Şura üzvləri Tacik Hacıyev və Zahir Beydullayev də faktı təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi