Vurğun Əyyub Qubad İbadoğlunu Müsavatdan çıxaranları sərt şəkildə tənqid edib

Vurğun Əyyub Qubad İbadoğlunu Müsavatdan çıxaranları sərt şəkildə tənqid edib “Onlar partiyanı sözəbaxanlar, “ləbbeyk” deyənlər yığnağına çevirmək istəyirlər”
Daxili siyasət
6 Fevral , 2015 23:58
Vurğun Əyyub Qubad İbadoğlunu Müsavatdan çıxaranları sərt şəkildə tənqid edib

“Onlar partiyanı sözəbaxanlar, “ləbbeyk” deyənlər yığnağına çevirmək istəyirlər”

Bakı. 6 fevral. REPORT.AZ/ “Müsavat Partiyasının Divanı Qubad İbadoğlunu partiyadan çıxarmaqla bir daha sübut etdi ki, qeyri-legitim orqanlar üçün əsas olan qrup marağıdır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin üzvü Vurğun Əyyub deyib.

“Onlar partiyanı sözəbaxanlar, “ləbbeyk” deyənlər yığnağına çevirmək istəyirlər. Bu qərara səs verənlər tarix qarşısında məsuliyyətini unutmuş adamlardır və tarixin mühakiməsindən yaxa qurtara bilməyəcəklər”, - V.Əyyub əlavə edib.

Qeyd edək ki, bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda Müsavat başqanlığına sabiq namizəd, tanınmış iqtisadçı Qubad İbadoğlunun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.

Xarırladaq ki, Vurğun Əyyub Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin müavini olub.

Son xəbərlər

Orphus sistemi