​Vurğun Əyyub: "Deputatlığa namizədliyimin təsdiqlənməməsi Müsavat Partiyasının ziyanına olacaq"

​Vurğun Əyyub: "Deputatlığa namizədliyimin təsdiqlənməməsi Müsavat Partiyasının ziyanına olacaq" "Bu məsələdə partiyanın Suraxanı rayon təşkilatının mövqeyi əsasdır"
Daxili siyasət
16 Mart , 2015 14:02
​Vurğun Əyyub: Deputatlığa namizədliyimin təsdiqlənməməsi Müsavat Partiyasının ziyanına olacaq

Bakı. 16 mart. REPORT.AZ/ "Müsavat Partiyasının Məclisi deputatlığa namizədliyimi təsdiq edərsə, bu, partiyanın xeyrinə olacaq. Təsdiq olunmaması isə onların ziyanına olacaq".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyub deyib.

O, Müsavat Partiyasının Məclisinin növbəti toplantısında onun Məclisdən kənarlaşdırılacağı və namizədliyinin təsdiq olunmayacağı məsələsinə də toxunub: "Özümü Məclis üzvü hesab etmirəm. Burada hansı kənarlaşdırmadan söhbət gedə bilər?! Məclis üzvü olmayan namizədliyini irəli sürə bilməz?!".

V.Əyyub bildirib ki, namizədlik məsələsində partiyanın Suraxanı rayon təşkilatının mövqeyi əsasdır: "Suraxanı rayon təşkilatının rəhbərliyi isə Sədrlər Şurasının toplantısında bu məsələyə toxunub, namizədliyimi müdafiə etdikləri ilə bağlı fikrini bildirib".

Son xəbərlər

Orphus sistemi