Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının sonuncu qurultayında partiya Məclisinin üzvü seçilmiş Vurğun Əyyub deyib. O bildirib ki, partiya qurultayında keçirilmiş seçkiləri legitim hesab etmir: "Partiya Məclisinin toplantılarına qatılmaq niyyətim yoxdur. Çünki seçkilərdə şübhəli məqamlar var idi. Bizim haqqımızda necə istəyirlər tədbir görsünlər".
Müsavat başqanının müavini Osman Kazımov isə "Report"a bildirib ki, partiya Nizamnaməsində qurultayda seçkili orqanlara seçilmiş şəxslərin həmin orqanlardan kənarlaşdırılması qaydası yoxdur: "Məclisin iclaslarına qatılmayanlar kənarlaşdırıla bilməzlər. Sonuncu iclasda da qərara alındı ki, Məclisin iclaslarında iki dəfədən artıq iştirak etməyənlərə xəbərdarlıq olunsun. Yəqin ki, ictimai qınaq məsələsi gündəmə gələcək. Bilirik ki, onlar Məclisin iclaslarında qəsdən iştirak etmirlər".
O.Kazımov qeyd edib ki, Qubad İbadoğlunun tərəfdarlarının Məclisin iclasına qatılmaması doğru addım deyil: "Onlar Məclisdə iştirak etsəydilər, yəqin ki, seçilərdilər. Özlərini haqq-ədalət carçısı hesab edən insanlar Məclisin iclaslarını boykot edirlər. Bu addımla öz tərəfdarlarının da hüquqlarını pozurlar. Onlar özləri partiyadan kənarlaşırlar".