Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib Bakı. 12 aprel. REEPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.
Daxili siyasət
12 Aprel , 2018 11:54
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Bakı. 12 aprel. REEPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. 

"Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və xarici siyasət problemlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir", - təbrik məktubunda deyilir.

Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib, bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi