Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub - EKSKLÜZİV

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub - EKSKLÜZİV Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.
Daxili siyasət
4247
3 Fevral , 2020 16:43
Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub - EKSKLÜZİV

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.

“Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov yanvarın 31-də təqaüdə göndərilib.

Son xəbərlər

Orphus sistemi