VHP-nin qurultayı ertələnib

VHP-nin qurultayı ertələnib Samir Əsədli: "Sabir Rüstəmxanlı namizədliyini irəli sürməyəcəksə, namizədliyimi irəli sürəcəm"
Daxili siyasət
3 Avqust , 2017 16:29
VHP-nin qurultayı ertələnib

Bakı. 3 avqust. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayı 2017-ci ilin sonunda keçiriləcək.

Bu barədə "Report"a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

O bildirib ki, bu ilin sentyabrın 26-da partiyanın 25 illiyi ilə bağlı tədbir olacaq: "Qurultayı da həmin tarixdə keçirməyi planlaşdırırdıq. Amma Bakının rayonları üzrə konfranslar başa çatmayıb. Ona görə də sentyabrın 26-da qurultayı keçirə bilməyəcəyik. Qurultayın tez bir zamanda keçirilməsinə çalışırıq. Çox güman ki, ilin sonunda keçiriləcək".

S.Əsədli qeyd edib ki, qurultayda partiyanın hazırki sədri Sabir Rüstəmxanlı namizədliyini irəli sürməyəcəksə, partiya sədrliyinə o özü namizəd olacaq.

Son xəbərlər

Orphus sistemi