Yuxarı

Fərəc Quliyev həbs olunan keçmiş müavininin vəzifəsindən azad olunmasının səbəbini açıqlayıb

“Onun sonrakı fəaliyyətindən xəbərsizəm”

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Əlirza Amanbəylini Milli Dirçəliş Hərəkatı Partiyasındakı vəzifəsindən bu il azad etmişik. Azad olunmanın səbəbi onun işə gəlməməsi, bəzi şəxsi problemlərinin olması idi". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Partiya sədri Ə.Amanbəylinin sonrakı fəaliyyətindən xəbərsiz olduğunu, onunla əlaqəsi olmadığını qeyd edib.

Xatırladaq ki, Əlirza Amanbəyli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri olub. 2011-ci ilin oktyabr ayında deputat Fərəc Quliyevin sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi