"Vətəndaşların müraciət qaydaları haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirəyə tövsiyə olunub

"Vətəndaşların müraciət qaydaları haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirəyə tövsiyə olunub Qanun layihəsi 17 maddədən ibarətdir
Daxili siyasət
20 Aprel , 2015 12:16
Vətəndaşların müraciət qaydaları haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirəyə tövsiyə olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda “Vətəndaşların müraciət qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Komitə sədri Rəbiyyət Aslanova deyib ki, 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənmiş və təkmilləşdirilmiş formasıdır: “Bu qanun vətəndaşların vəzifəli şəxslərə, aidiyyəti qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq. Qanun layihəsinin birinci oxunuşda plenar iclasda müzakirəsi zamanı deputatlar bir sıra dəyişikliklər təklif ediblər. Bütün bunlar nəzərə alınaraq layihədə 20-dən çox redaktə xarakterli düzəlişlər edilib”.

İclasda çıxış edən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin qəbul olunmasının zəruriliyini vurğulayıb.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova qanun layihəsində bir sıra dəyişikliklər edilməsinə dair təkliflərini səsləndirb. Qanun layihəsi  Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi