Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq açılıb

Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq açılıb Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Vüsal Cəfərovun anım günündə xatirəsinə tikilmiş bulağın açılışı olub.
Daxili siyasət
22 Oktyabr , 2022 17:42
Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq açılıb

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Vüsal Cəfərovun anım günündə xatirəsinə tikilmiş bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, xatirə bulağı Cəlilabad rayonunun Göytəpə şəhərində inşa edilib.

Mərasimdə rayon rəsmiləri, müəllim və məktəblilər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan geniş söhbət açıblar.

Qeyd olunub ki, V.Cəfərov Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı döyüşlərində yüksək peşəkarlıq göstərib.

Xatırladaq ki, şəhid V.Cəfərov 1989-cu ildə Cəlilabadın Göytəpə şəhərində anadan olub. O, 2020-ci ilin oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra "Vətən uğrunda", Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə, eləcə də "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi