Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib Azərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib.
Daxili siyasət
104
24 Sentyabr , 2019 09:13
Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib
Report

Azərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib.

“Report” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.

Baş Nazir Novruz Məmmədovun təsdiqlədiyi dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturuna daxil edilib:

1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.

2. Vergi inzibatçılığının tədrisi şöbəsi.

3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.

4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.

5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.

6. Tədris və metodika şöbəsi.

7. Layihələrlə iş və inkişaf bölməsi.

8. Keyfiyyət təminatı bölməsi.

İndiyədək isə struktur belə idi:

1.İqtisadiyyat və menecment kafedrası

2.Vergi metodologiyası kafedrası

3.Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedrası

4.Elmi tədqiqat bölməsi

5.Tədris və metodika şöbəsi

6.Maliyyə və təsərrüfat şöbəsi

7.Mühasibat

Son xəbərlər

Orphus sistemi