Bakı. 13 iyul. REPORT.AZ/ Vəkilliyə yeni qəbul olunan üzvlər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilib.
Vəkillər Kollegiyasından “Report”a verilən məlumata görə, 25 nəfər vəkilin iştirak etdiyi seminar Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilib.
Bir gün davam edən seminar Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov, Vəkillər Kollegiyasının üzvü, GİZ-in eksperti Elçin Usub və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov tərəfindən aparılmış və inzibati prosesdə mübahisələndirmə barədə iddia və onun yoxlanılması, məcburetmə barədə iddia və onun yoxlanılması kimi mövzuları əhatə edib.