Azərbaycanda vəkil adından qanunsuz istifadə edənlərin cəriməsi artırılır

Azərbaycanda vəkil adından qanunsuz istifadə edənlərin cəriməsi artırılır Belə qanun pozuntusuna yol verən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək cərimə ediləcəklər
Daxili siyasət
12 Dekabr , 2015 09:40
Azərbaycanda vəkil adından qanunsuz istifadə edənlərin cəriməsi artırılır

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda vəkil adından qanunsuz istifadə edənlərin cəriməsi artırılır. "Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan qaydada vəkil statusunu əldə etməyən şəxs tərəfindən gəlir əldə etmək məqsədilə vəkil adından qanunsuz istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək miqdarda cərimə ediləcəklər. 

Xatırladaq ki, hazırda belə qanun pozuntusuna görə fiziki şəxslər 30 manatdan 40 manatadək, vəzifəli şəxslər isə 70 manatdan 90 manatadək miqdarda cərimə edilirlər.

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə, yeni məcəllə 2016-cı ilin mayın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi