Vəhdət Sultanzadə II Fəxri xiyabanda dəfn olunub

Vəhdət Sultanzadə II Fəxri xiyabanda dəfn olunub Azərbaycanın diplomatı Vəhdət Sultanzadə dəfn olunub.
Daxili siyasət
440
28 Mart , 2022 13:57
Vəhdət Sultanzadə II Fəxri xiyabanda dəfn olunub

Azərbaycanın diplomatı Vəhdət Sultanzadə dəfn olunub.

"Report" xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, o, 1988-1991-ci illərdə SSRİ-nin Türkiyədəki konsulu olub. 2006-2010-cu illərdə Azərbaycanın Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomatik fəaliyyəti dövrü (55 il) ərzində Azərbaycan SSR XİN, Rusiya Federasiyası və Azərbaycanda müxtəlif rəhbər vəzifələri tutub.

Diplomat 87 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi