Bakı. 8 aprel. REPORT.AZ/ Vəhdət Partiyasının aprelin 9-da keçiriləcək qurultayı təxirə salınıb. Bu barədə "Report"a partiya sədri Tahir Kərimli məlumat verib.
O deyib ki, qurultay müəyyən texniki səbəblərdən təxirə düşüb.
T.Kərimli bildirib ki, partiyanın qurultayı mayın 15-də keçiriləcək: "Qurultaya 324 nümayəndə seçilib. Hazırda partiya sədrliyinə iddialı yalnız mənəm. Ola bilsin, birinci müavin Əbdülvahab Manafov da namizədliyini irəli sürsün".