Vasif Talıbov yeni fərman imzalayıb

Vasif Talıbov yeni fərman imzalayıb Naxçıvan Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb
Daxili siyasət
29 İyul , 2016 09:21
Vasif Talıbov yeni fərman imzalayıb

Bakı. 29 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR Dövlət Arxiv İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, “Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi haqqında Əsasnamə” təsdiq edilib.

Həmçinin, “Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin strukturu” təsdiq olunub.

Sənədin digər bəndinə əsasən, “Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 oktyabr tarixli 107-II FR nömrəli fərmanı ləğv edilib.

Naxçıvan Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi